🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yağıntılar Bakıda intensivləşir – Xəbərdarlıq edildi

Azərbaycan.media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bakıda və Abşeron yarımadasında yağıntıların martın 28-də gün ərzində də davam edəcəyini, bəzi ərazilərdə isə intensiv xarakter alacağını bildirib.
Onun sözlərinə görə, hazırda paytaxt Bakı, Abşeron yarımadası və eyni zamanda bölgələrdə güclü yağıntılar müşahidə olunur.
Direktor qeyd edib ki, yağıntıların martın 29-u gündüz saatlarından etibarən tədricən kəsiləcəyi gözlənilir:
“Güclü yağıntılarla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində su basma hallarının olması istisna edilmir. Bölgələrdə də hazırda intensiv yağışlar müşahidə olunur. Dağlıq ərazilərdə – Qrız, Xınalıq və Şahdağ istiqamətlərində qar yağır. Ümumilikdə, ayın 31-dək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə yağıntılar intensiv olacaq. Xüsusilə şərq rayonlarında yağıntıların daha da güclənəcəyi ehtimal olunur. Martın 31-i gündüz saatlarından isə yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır”.