Azərbaycan.media xəbər verir ki, Xalq artisti, Xəzər Media Mərkəzi-nin Baş direktoru Murad Dadaşov bir müddət əvvəl əməliyyat olunmasından sonra fəaliyyətini bərpa edib.
Uzun müddət xəstəxanadan, daha sonra isə ev şəraitindən görüntülər paylaşan Dadaşov artıq işinə qayıdıb.
O, sosial şəbəkə hesabında Xəzər Media Mərkəzindən qolu sarğıda olan fotosunu paylaşaraq iş başında olduğunu nümayiş etdirib.
