🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Almaniya Hörmüz boğazında hərbi əməliyyatlara qoşulmayacaq – Pistoriusdan açıqlama

Azərbaycan.media xəbər verir ki, Almaniya Yaxın Şərqdə davam edən münaqişə fonunda Hörmüz boğazı ətrafında hərbi əməliyyatlarda iştirak etməyəcək.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Avstraliyaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazirin sözlərinə görə, Berlin yalnız bölgədə atəşkəs və ya sülh əldə olunduqdan sonra gəmiçiliyin təhlükəsizliyinin təmininə yönəlmiş əməliyyatlarda iştirak məsələsini nəzərdən keçirə bilər. O bildirib ki, münaqişə davam etdiyi müddətdə Almaniya bu regionda hərbi fəaliyyətə qoşulmayacaq.
Pistorius eyni zamanda mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib. O vurğulayıb ki, hazırda nə yetərli məsləhətləşmələr aparılır, nə də aydın strategiya və konkret məqsədlər mövcuddur. Nazir xüsusilə çıxış planının olmamasını əsas problemlərdən biri kimi qiymətləndirib.
Almaniyalı nazir əlavə edib ki, ABŞ-ın müttəfiqlərlə münasibətlərində yanaşma dəyişib və Vaşinqton Avropa ölkələri ilə kifayət qədər məsləhətləşmələr aparmayıb.