🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran rəsmisi: ABŞ diplomatiyasına etibar mümkün deyil

Azərbaycan.media xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ diplomatiyası ilə bağlı sərt fikirlər səsləndirib.
O bildirib ki, nüvə məsələsinin həlli üçün danışıqlar prosesinin davam etdiyi dövrdə İran doqquz ay ərzində iki dəfə hücuma məruz qalıb.
“Bu, diplomatiyaya xəyanət idi. Bu ifadə hazırda İranda geniş istifadə olunur, çünki bu hal bir dəfə deyil, iki dəfə təkrarlanıb. Buna görə də heç kim ABŞ diplomatiyasına etibar edə bilməz”, – deyə Bəqai vurğulayıb.