🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yaponiya neft bazarına müdaxilə edir – qiymət artımına qarşı təcili addım

Azərbaycan.media xəbər verir ki, Yaponiya hökuməti martın 26-dan etibarən dövlət neft ehtiyatlarının bir hissəsini dövriyyəyə buraxmağa başlayacaq.
Məlumata görə, bu barədə ölkənin baş naziri Sanae Takaichi açıqlama verib. Qərar ABŞ və İsrail ilə İran arasında davam edən gərginlik fonunda enerji təchizatı ilə bağlı narahatlıqların artması və qlobal neft qiymətlərinin kəskin yüksəlməsi ilə əlaqələndirilir.
Hökumət nümayəndələrinin ilk iclasında qəbul edilən bu addımın əsas məqsədi Yaxın Şərqdəki vəziyyətin Yaponiya iqtisadiyyatına mümkün mənfi təsirlərini minimuma endirməkdir.
Ekspertlər hesab edirlər ki, strateji ehtiyatların bazara çıxarılması qısamüddətli perspektivdə qiymət təzyiqini azaltmağa kömək edə bilər, lakin regiondakı geosiyasi risklər davam edərsə, enerji bazarlarında qeyri-sabitlik qalacaq.