.
Azərbaycan.media xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Vyaçeslav Volodin açıqlama verib.
Bildirilib ki, Yuri Şvıtkin – Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini – 61 yaşında qəfil vəfat edib.
Qeyd edək ki, Şvıtkin 1990-cı ildə SSRİ ordusunun 20 Yanvar qırğını zamanı Bakıya daxil olan Pskov hava-desant diviziyasında kəşfiyyatçı zabit kimi xidmət edib və həmin hadisələrin iştirakçısı olub.
O, VII və VIII çağırış Rusiya Dövlət Dumasının deputatı olub və Krasnoyarsk diyarını təmsil edib.
