Azərbaycan.media xəbər verir ki, İsrailin İran ərazisinə endirdiyi hücum nəticəsində Minab şəhərindəki qızlar ibtidai məktəbində ölənlərin sayı 57 nəfərə çatıb.
Bu barədə İranın “Tasnim” agentliyi xəbər yayıb.
Əvvəlki məlumatlara görə, İsrailin Minab şəhərində qızlar ibtidai məktəbinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 40 nəfər olaraq bildirilib. Bu barədə isə “Mehr” xəbər agentliyi məlumat verib.
Qeyd olunur ki, İran mediası daha əvvəl İsrailin Hormozqan əyalətindəki qızlar ibtidai məktəbinə hücum etdiyini xəbər vermişdi.
Oxundu: 7
