🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yazıçı Samirə Əşrəf “Sonuncu yayın sonatası” ilə hekayə müsabiqəsinin qalibi oldu

Azərbaycan.media xəbər verir ki, Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibi, istedadlı yazıçı-publisist Samirə Əşrəf İndigo nəşriyyat evinin təşkil etdiyi hekayə müsabiqəsində “Sonuncu yayın sonatası” hekayəsi ilə 1-ci yerə layiq görülüb.
Müsabiqə geniş maraq doğurmuş və müxtəlif yazıçıların qatıldığı yarışmada Samirə Əşrəfin əsəri həm bədii dəyəri, həm də orijinal mövzusu ilə münsiflərin diqqətini çəkərək qalib elan edilib. “Sonuncu yayın sonatası” hekayəsi oxucuda dərin emosiyalar oyatması və zəngin dil üslubu ilə seçilir.
Azərbaycan.media saytının rəhbərliyi və kollektivi adından mehriban, istedadlı həmkarımıza bu uğura görə səmimi təbriklərimizi çatdırır və gələcək yazı fəaliyyətində daha böyük nailiyyətlər arzu edirik.

 

Mənbə: Azərbaycan.media