🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İradə Əlili Bişkekdə “Xocalı: Şahidlər Danışır” kitabını təqdim etdi

 

Azərbaycan.media xəbər verir ki, yazıçı-publisist İradə Əlili Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olarkən oradakı kitabxana və ziyalılarla görüşüb. Görüş zamanı İradə Əlil özünün 14-cü dilə, qırğız dilinə tərcümə edilmiş “Xocalı: Şahidlər Danışır” kitabını təqdim edib.
Təqdimat zamanı soyqırım həqiqətləri haqqında ətraflı məlumat verilib və Qırğızstan ictimaiyyətinə Xocalı faciəsinin tarixi aspektləri çatdırılıb. Kitabın qırğız dilində çap olunması, həmçinin regionda Xocalı soyqırımının tanıdılması istiqamətində önəmli addım kimi qiymətləndirilib.
İradə Əlili səfər çərçivəsində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilova xüsusi təşəkkürünü bildirib, onların dəstəyinin səfərin uğurlu keçməsində mühüm rol oynadığını vurğulayıb.
Bu səfər həm də Azərbaycan-Qırğızıstan mədəni əlaqələrinin möhkəmləndirilməsi, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmli hadisə kimi dəyərləndirilir. İstəkli oxucularımızın nəzərinə onu da çatdıraq ki,  Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin 2018-ci ildə qələmə aldığı “Xocalı: Şahidlər danışır” kitabı Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun təşəbbüsü ilə qırğız dilinə tərcümə olunub.

Mənbə: Azərbaycan.media