Azərbaycan.media xəbər verir ki, Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı narkotiklərin satışında şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi götürülüb. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Oxundu: 5
