Azərbaycan.media xəbər verir ki, Azərbaycanın tanınmış simalarından olan Məleykə Əsədovanın qızı Gülər Cəbrayılova növbəti böyük akademik nailiyyəti ilə diqqət mərkəzinə düşüb.
“Qafqazinfo”nun məlumatına görə, Xalq artistinin qızı bakalavr təhsilini ADA Universitetində davam etdirərkən IELTS imtahanından 8.0 bal toplayaraq yüksək nəticə göstərib.
Beynəlxalq Təhsil Mərkəzindən bildirilib ki, ən diqqətçəkən məqam bu göstəricinin cəmi iki həftəlik intensiv hazırlıq müddətində əldə olunmasıdır. Mərkəzdən qeyd edilib:
“Bu uğurun arxasında dayanan əsas faktor düzgün seçimdir. Son dövrlər yüksək nəticə hədəfləyən tələbələrin və valideynlərin böyük əksəriyyəti Beynəlxalq Təhsil Mərkəzini seçir. Çünki burada məqsəd sadəcə dərs keçmək deyil, konkret nəticə əldə etməkdir. Sistemli analiz, fərdi yanaşma, imtahan psixologiyasına uyğun strategiya və intensiv proqram bütün prosesi konkret hədəfə fokuslayır.
Gülər Cəbrayılovanın cəmi iki həftəyə əldə etdiyi 8.0 IELTS nəticəsi təsadüfi deyil. Bu, düzgün metodikanın, peşəkar komandanın və nəticəyə yönəlmiş sistemin göstəricisidir”.
Qeyd edək ki, hazırda ADA Universitetinin tələbəsi olan Gülər bu nəticə ilə xaricdə magistr təhsili almaq üçün dünyanın top 100 universitetlərindən birində təhsil almaq imkanı qazanıb. O, paralel olaraq Çin dilini də öyrənir.

