🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nikol Paşinyan Gələn Həftə Gürcüstana Səfər Edəcək

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Gürcüstana səfər edəcək.

Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlama verib. O bildirib ki, Paşinyanın səfəri səbəbindən martın 4-də parlamentdə illik hesabatın təqdimatı təxirə salınıb.

Qeyd edək ki, Nikol Paşinyan sonuncu dəfə Gürcüstanda ötən ilin oktyabr ayında işgüzar səfərdə olub.