Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması barədə Fərman imzalayıb.
Fərman ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məqsədilə imzalanıb. Eyni zamanda, bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə dəstək vermək nəzərdə tutulur.
Şuranın sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Şuranın üzvləri isə aşağıdakılardır:
-
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
-
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
-
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
-
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
-
Azərbaycan Respublikasının elm və təhsil naziri
-
Azərbaycan Respublikasının ədliyyə naziri
-
Azərbaycan Respublikasının maliyyə naziri
-
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
-
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
-
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Bu qərar ölkədə rəqəmsal transformasiyanın koordinasiyalı və strateji şəkildə inkişafına böyük təkan verəcək.
