🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Baş prokuror Kürdəmirdə vətəndaşları qəbul edəcək

Azərbaycan.media xəbər verir ki, Baş prokuror Kamran Əliyev cari il martın 4-də saat 10:00-da Kürdəmir rayon prokurorluğunun inzibati binasında Kürdəmir, Ucar, Ağdaş, Göyçay, Zərdab və Ağcabədi rayon sakinlərinin qəbulunu keçirəcək.

“Report”un məlumatına görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Kürdəmir rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.