Azərbaycan.media xəbər verir ki, Bakıya daha bir ukraynalı uşaqlardan ibarət qrup gəlib.
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bildirib ki, 26 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.
Səfir qeyd edib ki, 2022-ci ildən bu günədək ümumilikdə 498 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanlarından yararlanıb. Ukrayna tərəfi göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.
Oxundu: 16
