Azərbaycan.media xəbər verir ki, ötən il Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində 924,5 ton kakao tozu idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 5 faiz çox, kəmiyyət baxımından isə 27 faiz azdır.
Hesabat dövründə kakao tozu əsasən bir neçə ölkədən tədarük olunub. Belə ki, Türkiyədən 3,89 milyon ABŞ dolları dəyərində (illik müqayisədə 6 faiz az) 455 ton (-30 %), Almaniyadan 1,25 milyon ABŞ dolları dəyərində (+3,3 dəfə) 147 ton (+2,7 dəfə), Niderlanddan 572 min ABŞ dolları dəyərində (-30 %) 54 ton (-70 %), Malayziyadan 479 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 100 ton (+2,6 dəfə), Qanadan isə 268 min ABŞ dolları dəyərində (+5 dəfə) 20,5 ton (+54 %) məhsul idxal edilib.
Bundan əlavə, Azərbaycan 3 il 4 aylıq fasilədən sonra Belçikadan tədarükü bərpa edib. Bu ölkədən 29 min ABŞ dolları dəyərində 2,7 ton kakao tozu alınıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycana idxal olunmuş 1 271 ton kakao tozunun 51 faizi Türkiyənin payına düşüb.
