Azərbaycan.media xəbər verir ki, tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) yeni aldığı mənzillə bağlı xoşagəlməz vəziyyətlə qarşılaşıb.
Sənətçi bildirib ki, cəmi iki aydır köçdüyü evə görə 532 manat məbləğində qaz borcu hesablanıb. Onun sözlərinə görə, bu qədər qaz sərf etmədiyi üçün məsələni araşdırmağa qərar verib.
Rəna qeyd edib ki, aidiyyəti quruma zəng etdikdən sonra ona əvvəlki sakinlərin sayğacla bağlı cərimələndiyi və həmin borcun indi sistemdə əks olunduğu bildirilib.
“Yeni aldığım ev üçün qaz borcu gəlib. 1 aya 532 manat borc gəlib. Fikirləşdim ki, necə 1 aya bu qədər pul yığıla bilər? Zəng vurdum və dedilər ki, məndən əvvəl yaşayan adamların sayğacını cərimə ediblər. Nədənsə borc indi gəlir. Həmin adamları indi tapa bilmərəm. Məhkəməyə versəm, bunu alındıra biləcəyəm?” – deyə o vurğulayıb.
Rəqqasə məsələnin hüquqi müstəvidə həllinin mümkün olub-olmadığını araşdırdığını bildirib.
