🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mixeil Saakaşvili: Gürcüstanın Kulevi limanına sanksiyanı qəti dəstəkləyirəm

Azərbaycan.media xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Avropa İttifaqının (Aİ) Gürcüstanın Kulevi limanına sanksiya tətbiq etməsini qəti şəkildə dəstəklədiyini bildirib.

O qeyd edib: “Qəti şəkildə Kulevi limanına sanksiya tətbiq edilməsini dəstəkləyirəm. Bu, Rusiya ilə Bidzina İvanişvilinin ortaq maraqlarına xidmət edən, korrupsiyalaşmış fəaliyyətdir və Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə töhfə verir”.

Qeyd edək ki, “Bloomberg” agentliyi bundan öncə Aİ-nin Gürcüstanın Qara dənizdəki limanına qarşı sanksiya tətbiq edə biləcəyi barədə məlumat yaymışdı.