Azərbaycan.media xəbər verir ki, ABŞ-nin Merilend ştatının Baltimor şəhərində silahlı atışma hadisəsi baş verib.
Xarici KİV-in məlumatına görə, insident nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə yaralanıb. Hüquq-mühafizə orqanları atışmanın şəhərdə yerləşən ticarət mərkəzinin yaxınlığında qeydə alındığını təsdiqləyiblər.
CBS News bildirir ki, hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və yaxınlıqdakı bəzi yollar müvəqqəti olaraq bağlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxundu: 5
