🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aytən Səfərova market qiymətlərindən narazıdır: “Qiymətlər heç də rahat deyil”

Azərbaycan.media xəbər verir ki, tanınmış teleaparıcı Aytən Səfərova marketlərdəki yüksək qiymətlərlə bağlı narazılığını ifadə edib.
O, sosial şəbəkədə paylaşdığı görüntülərdə meyvə vitrinindəki qiymətləri nümayiş etdirib. Kadrlara əsasən, alçanın kiloqramı 85 manata, yaşıl əriyin isə 29 manata təklif olunur.
Aparıcı çəkiliş zamanı Rahat supermarketində olduğunu bildirərək qiymətlərin baha olduğunu vurğulayıb:
“Rahat marketdəyəm, amma qiymətlər heç də rahat deyil. Alça və yaşıl əriyin qiymətləri bahadır”.
Sözügedən paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər mövsümi meyvələrin yüksək qiymətə satışa çıxarılmasını tənqid edərək bahalaşmanın səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.