🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pərviz Qasımovdan maraqlı vəd: Tanınmış sənətkarlara bahalı avtomobil nömrələri hədiyyə edəcək

Azərbaycan.media xəbər verir ki, muğam ifaçısı və idmançı Pərviz Qasımov canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
Sənətçi bildirib ki, tanınmış xanəndə Tacir Şahmalıoğlu və bəstəkar Cabbar Musayev ailəsi ilə yaxın münasibətlərə malikdir. Onun sözlərinə görə, hər iki sənətkarın övladları ilə dostluq edir və onlarla həm ölkə daxilində, həm də xaricdə tez-tez görüşür. Pərviz Qasımov mərhum Cabbar Musayevin xatirəsini böyük ehtiramla yad etdiyini də vurğulayıb.
Xanəndə açıqlamasında hər iki sənətkara söz verdiyini qeyd edib. O bildirib ki, xüsusi seriyalı avtomobil nömrələrini toplamağa maraq göstərir və kolleksiyasındakı nömrələrdən birini hədiyyə etməyi planlaşdırır.
Sənətçinin sözlərinə görə, “10-333” seriyalı avtomobil nömrəsini Tacir Şahmalıoğlunun oğlunun toyunda ona təqdim edəcək.
Qeyd edək ki, bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.