Azərbaycan.media xəbər verir ki, amerikalı jurnalist Aleks Cons ABŞ prezidenti Donald Trampın demensiya xəstəliyindən əziyyət çəkdiyini iddia edib. Bu barədə onun fikirlərini UNIAN Teleqram kanalı sitat gətirib.
Aleks Consun sözlərinə görə, Trampın çıxışlarında ziddiyyətli və dolaşıq ifadələr diqqət çəkir: “Hər gün ‘Oh, biz qalib gəldik, bitdi. Xeyr, bu vəziyyət əbədi davam edəcək. Mən heç vaxt onların Hörmüz boğazına sahib olmasına icazə verməyəcəyəm. Bəli, biz boğazdan imtina edirik. Mən NATO-dan çıxacağam. Biz NATO-da qalacağıq’ kimi fikirlər səsləndirir”.
Jurnalist bildirib ki, demensiyadan əziyyət çəkən insanlarda bu cür davranışlar müşahidə olunur.
Bundan əvvəl jurnalist Adam Qabbatt da Böyük Britaniyanın “The Guardian” qəzetində dərc olunan məqaləsində Donald Trampın ictimaiyyət qarşısında çıxışları zamanı getdikcə daha qəribə davrandığını yazıb. O, bu davranışların ABŞ prezidentinin zehni qabiliyyətləri ilə bağlı suallar doğurduğunu qeyd edib.
