Azərbaycan.media xəbər verir ki, ötən gün Rusiya qüvvələri Zaporojye bölgəsində Ukraynanın təxliyə qrupuna hücum edib. Hadisə Kremlin elan etdiyi atəşkəsin qüvvədə olduğu vaxtda baş verib.
Bu barədə “DeepState” monitorinq layihəsi məlumat yayıb. Bildirilib ki, hücum təxminən saat 17:30-da başlayıb, halbuki atəşkəs saat 16:00-da elan olunmuşdu.
Məlumata görə, insident tərəflər arasında gərginliyin azaldılmasına yönəlmiş razılaşmanın pozulması kimi qiymətləndirilir.
Qeyd edək ki, Vladimir Putin Pasxa bayramı münasibətilə müvəqqəti atəşkəs elan edib. Bu qərarın məqsədi humanitar vəziyyətin yaxşılaşdırılması və döyüş əməliyyatlarının müvəqqəti dayandırılması idi. Lakin son hadisə atəşkəsin icrası ilə bağlı suallar yaradıb.
