🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Trampdan Çin və İrana dair sərt xəbərdarlıq

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çinin Çin İrana İran silah tədarükü həyata keçirəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bildirib.
Ağ Ev rəhbəri CNN-in Çin tərəfindən İrana mümkün silah ötürülməsi ilə bağlı kəşfiyyat məlumatlarına dair sualını cavablandırarkən sərt açıqlama verib. O, belə bir addım atılacağı halda Pekinin “böyük problemlərlə” qarşılaşacağını deyib.
“Əgər Çin bunu etsə, onun böyük problemləri yaranacaq”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin İrana qarşı aparılan hərbi əməliyyatlar zamanı hədəflərə nail olunduğunu və bu səbəbdən münaqişənin nizamlanmasına dair mümkün sazişlərin əvvəlki qədər əhəmiyyət daşımadığını bildirib.