Azərbaycan.media xəbər verir ki, Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə yeni cərimələr tətbiq ediləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan sənədə əsasən:
-
Elektron siqaretlər və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılması inzibati xəta sayılır.
-
Fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 1 650–2 200 manat, hüquqi şəxslər isə 4 000–5 000 manat məbləğində cərimə ediləcək. Həmçinin inzibati xətanın obyekti olmuş mallar müsadirə olunacaq.
Qanun qəbul edilərsə, dəyişikliklər aprelin 1-dən qüvvəyə minəcək.
