Azərbaycan.media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Fevralın 18-i gecə niyyət ediləcək, fevralın 19-u isə ilk oruc günü olacaq.
Sabah QMİ Qazılar Şurası Fətva verəcək. İlk oruc günündə imsak vaxtı 06:06, iftar vaxtı isə 18:30 planlaşdırılır.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-i (cümə və şənbə) qeyd olunacaq. Qeyd edək ki, həmin tarixlər eyni zamanda Novruz bayramı günlərinə təsadüf edir.
Oxundu: 4
