Azərbaycan.media xəbər verir ki, Avropanın yeraltı qaz anbarlarından istilik mövsümünün başlanmasından bu günədək 54 milyard kubmetr qaz çıxarılıb.
Teleqraf-ın məlumatına görə, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe) bildirir. Ümumilikdə anbarlardan 493 milyon kubmetr qaz çıxarılıb, hazırda isə mövcud yanacaq ehtiyatı təxminən 37,5 milyard kubmetr səviyyəsindədir.
Assosiasiyanın məlumatına görə, Avropadakı bəzi ölkələrin qaz anbarlarındakı ehtiyatların doluluq səviyyəsi belədir:
-
Avstriya – 39,8%
-
Almaniya – 23,95%
-
Niderland – 16%
-
Fransa – 24,5%
-
İtaliya – 51,1%
-
Slovakiya – 33,9%
-
Macarıstan – 39,2%
-
Çexiya – 37,5%
-
Rumıniya – 42,3%
-
Bolqarıstan – 47,2%
-
Belçika – 25,1%
-
Danimarka – 30,7%
-
Latviya – 23%
-
Xorvatiya – 15,7%
Eyni zamanda, yanvarda Avropada elektrik enerjisi istehsalında külək enerjisinin payı 19%, fevralda isə 20% olub. Fevral ayında qazın orta alış qiyməti 1 min kubmetr üçün 407 dollar, yanvarda isə 415 dollar təşkil edib.
Qeyd olunur ki, ötən istilik mövsümü 2025-ci ilin martın 28-də başa çatıb və o vaxt anbarlardakı ehtiyatlar 33,57% səviyyəsində idi. Hazırda anbarlar 33,97% doludur, bir il əvvəl isə bu göstərici 45,2% təşkil edirdi.
