🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fövqəladə Hallar Nazirinə iki yeni müavin təyin edilib

Azərbaycan.media xəbər verir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iki müavin təyin edib.

Müavinlərdən biri Cəbrayıl Xanlarov olub. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib. Cəbrayıl Xanlarov təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.

Digər müavin isə Yusif Nəbiyevdir. O, işdən çıxarılan Etibar Mirzəyevi əvəz edib və bundan əvvəl FHN-in Baş yanğın təhlükəsizliyi eksperti olub.