🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda duman səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycan.media xəbər verir ki, hazırda Bakıda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunun bəzi zolaqlarında sürət həddi 20 km/saat-a endirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirir.

Qeyd olunub ki, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər aparılıb və bütün tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb.

Sürücülərdən müəyyən edilmiş sürət həddinə əməl etmələri xahiş olunur.