🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı keçirib

Azərbaycan.media xəbər verir ki, tanınmış aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı olunduğunu açıqlayıb.

O, bu barədə Pərvizə görə proqramında danışıb.

Aparıcı bildirib ki, vaxtilə anasının ona verdiyi böyrək müəyyən müddətdən sonra fəaliyyətini itirib. Bu səbəbdən ikinci dəfə əməliyyat keçirməyə məcbur olub.

Əlizadənin sözlərinə görə, bu dəfə ona böyrəyini bacısının həyat yoldaşı bağışlayıb. Qeyd edək ki, aparıcının ikinci böyrək köçürmə əməliyyatı 8 il əvvəl həyata keçirilib.