Azərbaycan.media xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa siyasətçilərinin gender və transgender hüquqları ilə bağlı qərarlarını kəskin tənqid edib.
Volodin bildirib ki, 2025-ci ilin oktyabrında Avropa Komissiyası tərəfindən təqdim olunan strategiyada cinsiyyətin dəyişdirilməsi üçün yaş məhdudiyyətlərinin və tibbi şərtlərin ləğvi istiqamətində kurs müəyyən edilib.
Onun sözlərinə görə, artıq Avropanın təxminən 20 ölkəsində bu sahədə məhdudiyyətlər ya aradan qaldırılıb, ya da minimum səviyyəyə endirilib.
“Bunun nə ilə nəticələnəcəyini izah etməyə ehtiyac yoxdur. Bütün bu qərarlar böyük faciəyə aparacaq”, – deyə Volodin vurğulayıb.
Spiker qeyd edib ki, yaxın günlərdə Avropa Parlamentində yalnız bioloji qadınların hamilə qala və uşaq doğa bilməsi məsələsi ilə bağlı debatlar keçirilib.
“Bu məsələ üzrə səsvermənin nəticələri növbəti dəfə dəlilik və deqradasiya səviyyəsini göstərdi. Avropa Parlamentinin əksəriyyəti hesab edir ki, hamiləlik yalnız qadınlara aid deyil, kişilər də hamilə qala bilər”, – deyə o əlavə edib.
Volodin bildirib ki, mövcud siyasətçilər hakimiyyətdə olduqları müddətdə Avropada bu siyasətin davam edəcəyini düşünür və bunun cəmiyyət üçün mənfi nəticələr doğuracağını iddia edib.
