🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bir sıra yollarında tıxac yaranıb

Azərbaycan.media xəbər verir ki, paytaxtın bir neçə əsas yolunda sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda tıxac müşahidə olunan yollar:

  1. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində

  2. Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində

  3. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində

  4. Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində

  5. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər

  6. 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər

  7. Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində

  8. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində

  9. 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində

  10. Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində

  11. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində

  12. Babək prospekti – mərkəz istiqamətində

  13. Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər

  14. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində

  15. Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində

  16. Koroğlu Rəhimov küçəsi – Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində

Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.