🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib

Azərbaycan.media xəbər verir ki, Gəncədə zəhərlənmə hadisəsi qeydə alınıb.

Hadisə şəhər ərazisində baş verib.

2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdlü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin kifayət qədər yaxşı olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər Zaqatala rayon sakinləri olub və tələbədirlər. Hadisə ilə bağlı araşdırma aparılır.