Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində adı hallanan 300-dən çox tanınmış şəxsin siyahısını açıqlayıb.
Bu barədə məlumat “Fox News”un Epşteyn işi ilə bağlı Konqres üzvlərinə göndərilən məktubuna istinadən yayımlanıb.
Məktubda Ədliyyə Nazirliyinin Epşteyn işində sənədlərdə ən azı bir dəfə adı çəkilən bütün sabiq və hazırkı vəzifəli şəxslər, eləcə də siyasi baxımdan nüfuzlu şəxslərin adları yer alır.
Siyahıda Britaniya şahzadəsi Harri, amerikalı televiziya aparıcısı və iş adamı Kim Kardaşyan, həmçinin musiqiçilər Kurt Kobain, Brüs Sprinqstin və digər məşhurların adları da qeyd edilib.
Oxundu: 3
