🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukrayna Aİ ilə əməkdaşlığı gücləndirməyə hazırdır – Sibiqa Kalla ilə görüşdə üç əsas mövzunu müzakirə edib

Azərbaycan.media xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas ilə görüşüb və Ukrayna üçün prioritet üç məsələni müzakirə edib.

Sibiqa öz “X” hesabında yazıb ki, görüş zamanı ilk müzakirə mövzusu sülh səyləri olub və ABŞ və Aİ-nin iştirakı ilə bu səylərin sürətləndirilməsinin yolları nəzərdən keçirilib.

İkinci məsələ isə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi olub, xüsusən 20-ci sanksiya paketinin qəbul edilməsi müzakirə edilib. Sibiqa qeyd edib:
“Xüsusilə, güclü 20-ci paketin sürətlə qəbul edilməsi, Rusiyanın kölgə donanması üçün dəniz nəqliyyatına qadağa və Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak edənlərin girişinə qadağa qoyulması mövzularını da müzakirə etdik.”

Görüşdə üçüncü önəmli məsələ Ukraynanın Aİ üzvlüyü ilə bağlı olub. Nazir bildirib ki, bu, həm Ukrayna, həm də bütün Avropa üçün əsas təhlükəsizlik qarantiyasıdır və Kiyev bütün zəruri addımları mümkün qədər tez tamamlamaya hazırdır.