Azərbaycan.media xəbər verir ki, Əzizağa Qənizadə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi vəzifəsindən azad edilib. Bu barədə Zakir Həsənov müvafiq əmr imzalayıb. Ə.Qənizadə 2014-cü il sentyabrdan muzeyin rəisi postunda çalışırdı.
Müdafiə nazirinin digər əmri ilə Elşad Pənahov muzeyin yeni rəisi təyin olunub. O, uzun illər orduda xidmət edib və bundan əvvəl Hərbi Hava Qüvvələrinin Şəxsi Heyət İdarəsinin rəisi vəzifəsində çalışıb.
E.Pənahov, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsində, düşmənin canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsində göstərdiyi igidlik və mərdlik nümunəsinə görə İlham Əliyev tərəfindən 2020-ci il dekabrın 9-da imzalanmış sərəncamla “Qarabağ” ordeni ilə təltif edilib.

Oxundu: 6
