🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabirabadda qida zəhərlənməsi: 11 yaşlı uşaq həyatını itirib

 Azərbaycan.media xəbər verir ki, Sabirabad rayonunda qida zəhərlənməsi nəticəsində 11 yaşlı uşaq ölüb.

Ötən gecə qida zəhərlənməsi şübhəsi ilə rayonun Saraxanbəyli kənd sakinləri olan bir ailənin 4 üzvü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib. Onlara zəhərlənmə diaqnozu qoyulub.

Mədələri yuyulduqdan sonra ailə üzvləri evə buraxılıb. Lakin 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun vəziyyəti sonradan ağırlaşıb və o, yenidən xəstəxanaya çatdırılıb. Tibb müəssisəsindən verilən məlumata görə, bu gün saat 15 radələrində xəstəxanaya gətirilən azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin ehtimala əsasən, ailənin zəhərlənməsinə konservləşdirilmiş tərəvəz məhsulu səbəb olub.

Faktla bağlı araşdırma aparılır.