🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Putin İrandakı Rusiya diplomatlarını orden və medallarla təltif edib

Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İrandakı Rusiya səfirliyinin bir qrup əməkdaşını dövlət mükafatları ilə təltif edib.

Publika.az-ın məlumatına görə, Rusiyanın İrandakı səfiri Aleksey Dedov “Cəsarət və igidlik” ordeni ilə mükafatlandırılıb. Eyni orden səfirliyin müşaviri Rafael Gevorkyana da təqdim olunub.

Bundan əlavə, “Cəsarətə görə” medalı Rusiyanın Rəştdəki Baş Konsulluğunun konsulu Andrey Alenkinə, eləcə də Tehrandakı Rusiya səfirliyinin əməkdaşları Andrey Qanenko, Ruslan İlmambetov, Aleksandr Məmmədov, Valeri Malışev, Nikita Parfeyev və Vitali Belkoya verilib.

Məlumata əsasən, diplomatlar mükafata “peşəkar borclarını yerinə yetirərkən nümayiş etdirdikləri cəsarət və igidliyə görə” layiq görülüblər.