Azərbaycan.media xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair yeddi sənəd imzalanıb.
İmzalanma və sənədlərin mübadiləsi mərasimində Yunanıstanın Baş naziri Kiryakos Miçotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
Sənədlərdən altısı hər iki ölkənin nazirləri tərəfindən imzalanıb. Türkiyə ilə Yunanıstan hökumətləri arasında ortaq bəyannamə isə Kiryakos Miçotakis və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
