🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şamaxı və İsmayıllı istiqamətində qatı duman: sürücülərə xəbərdarlıq

Azərbaycan.media xəbər verir ki, qar və buzlu hava şəraitindən sonra bir sıra magistral yollarda qatı duman müşahidə olunur.

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində, Ağsu aşırımında, eləcə də Muğanlı–İsmayıllı yolunda iki saatdan artıqdır davam edən sıx duman nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Hazırda paytaxtdan şimal-qərb və Aran rayonları istiqamətində, eləcə də əks istiqamətdə hərəkət edən sürücülər üçün görmə məsafəsi xeyli məhdudlaşıb. Bu səbəbdən avtomobillərin sürəti saatda 40 kilometrdən yuxarı olmur.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar ərazidə yol-patrul xidməti əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır, hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.