🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

NATO rəsmisi: Ukraynaya artilleriya mərmiləri üçün nəzərdə tutulan təşəbbüs gözlənilən nəticəni vermədi

Azərbaycan.media xəbər verir ki, Ukraynaya silah-sursat yardımı məqsədilə Çexiyanın irəli sürdüyü dəstək təşəbbüsü gözlənilən nəticəni verməyib.

Bu barədə anonim NATO rəsmisi “Reuters” agentliyinə açıqlamasında bildirib.

Mənbənin sözlərinə görə, qlobal miqyasda Ukrayna üçün 5,95 milyard dollar dəyərində artilleriya mərmilərinin alınması məqsədilə vəsait toplamaq planlaşdırılsa da, indiyədək cəmi 1,4 milyard dollar vəsait yığılıb.

Qeyd olunub ki, təşəbbüsdə Çexiya ilə yanaşı Almaniya, Danimarka, Niderland və digər ölkələr də iştirak edir.