🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident: Azərbaycan elektrik enerjisinin bir hissəsini ixrac edəcək

Azərbaycan.media xəbər verir ki, xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və Azərbaycan elektrik enerjisinin bir qismini ixrac etməyi planlaşdırır.

Bu barədə Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib ki, data mərkəzlərinin yaradılması böyük enerji gücləri tələb edir. Prezident vurğulayıb ki, enerji infrastrukturu ilə paralel olaraq fiber-optik kabellər də çəkilir:

“Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabel layihəsi icra edilir. Ümid edirəm ki, bu il başa çatacaq. Beləliklə, Şərq istiqamətində bağlantılar təmin ediləcək. Qərb istiqamətində isə yeni bağlantılar üzərində işləməliyik.”