🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Naxçıvanda mebel sexində yanğın: yanğınsöndürənlər müdaxilə edərək yaxın evləri qorudu

Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 378 m² olan obyektin 330 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanıb. Sexin qalan hissəsi və ona bitişik evlər yanğından qorunub.