🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq kredit təsdiqləyib

Azərbaycan.media xəbər verir ki, Avropa Parlamenti Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində kredit verilməsini təsdiqləyib. Planlaşdırılır ki, məbləğin 60 milyardı müdafiə məqsədlərinə xərclənsin.

 Avropa Komissiyasının təklifi 458 səs lehinə, 140 səs əleyhinə və 44 bitərəf səs ilə qəbul edilib.

Avropa Parlamentinin iclas materiallarında qeyd olunub ki, 2025-ci il oktyabrın 23-də 26 üzv dövlət Avropa Komissiyasına Ukraynaya maliyyə dəstəyi ilə bağlı təklifi mümkün qədər tez təqdim etməyi tapşırıb. Kredit Avropa İttifaqının maliyyə bazarlarından topladığı vəsaitlər hesabına maliyyələşdiriləcək və faizlər Aİ-nin büdcəsindən qarşılanacaq.