🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Peskov: Ermənistan və Azərbaycan istənilən ölkə ilə münasibət qurmaq hüququna malikdir

Azərbaycan.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ vitse-prezidenti Ceyms Devid Vensin səfəri ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan suveren dövlətlərdir və istənilən ölkə, o cümlədən ABŞ ilə münasibətlər qurmaq hüququna malikdir.

“Onlar suveren dövlətlərdir və müxtəlif ölkələrlə münasibətlərini qurmaq üçün suveren hüquqları var”, – deyə Kremlin sözçüsü vurğulayıb.