🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şri-Lankada deputat və mühafizəçisinin qətlində 12 nəfər ölüm cəzasına məhkum edilib

Azərbaycan.media xəbər verir ki, Şri-Lankanın Qampaha Ali Məhkəməsi 2022-ci ildə deputat və mühafizəçisinin qətlinə görə 12 nəfəri ölüm cəzasına məhkum edib.

İş üzrə ümumilikdə 42 nəfər ittiham olunmuşdu. Məhkəmə 4 nəfərə beş il sınaq müddəti ilə 6 ay şərti həbs cəzası verib, 23 nəfər isə bəraət alıb.

Qətl 2022-ci ilin mayında ölkədə baş verən kütləvi iğtişaşlar zamanı törədilib. Deputat və mühafizəçisi avtomobillərinin qarşısını kəsən etirazçılara atəş açaraq iki nəfəri ağır yaralayıb, daha sonra onların cəsədləri həmin gün yaxınlıqdakı binada tapılıb.