Azərbaycan.media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatı zamanı bildirib ki, Qrenlandiyanın hərbiləşdirilməsi Rusiya üçün cavab tədbirlərini zəruri edə bilər.
Lavrov qeyd edib ki, “Əlbəttə, Qrenlandiya hərbiləşdirilərsə və orada Rusiyaya yönəlmiş hərbi imkanlar yaradılarsa, biz hərbi-texniki tədbirlər də daxil olmaqla müvafiq əks tədbirlər görəcəyik”.
Eyni zamanda, o Rusiya Prezidenti Vladimir Putinin mövqeyini xatırladıb: hazırda Qrenlandiya məsələsi Rusiyanı “birbaşa narahat etmir”. Lavrov əlavə edib ki, ABŞ, Danimarka və Qrenlandiya bu məsələni özləri həll etməlidir və Arktika regionu sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır.
Oxundu: 4
