Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-dən fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.
Nazirliyin məlumatına görə, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artım nəzərə alınmaqla, həmçinin yanvar ayının artımı da əlavə olunmaqla ödəniləcək.
Qrafikə uyğun olaraq, fevralın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar veriləcək. Digər bölgələrdə və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə müvafiq qrafik üzrə ay ərzində ödəniləcək.
Oxundu: 3
