Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 1 yeni domen təqdim olunub.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Hesabat ayında dövlət qurumlarına 30 yeni subdomen də verilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 58 % artım deməkdir.
Qeyd edək ki, 2025-ci il ərzində dövlət qurumları ümumilikdə 65 yeni domen və 285 yeni subdomen əldə edib.
Oxundu: 2
