Azərbaycan.media xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi qeydə alınıb.
Məlumata görə, hadisə dünən saat 16:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə baş verib. Paytaxt sakini, 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib.
Bildirilir ki, 60 yaşlı şəxsin ölümünə səbəb ürək çatışmazlığı olub.
Qeyd edək ki, dünyasını dəyişən Ataxan Qurbanov aşıq Telli Borçalı kimi tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.
